BAKI, 22 may — Sputnik. Hər zaman fəqli imici və şeiriləri ilə insanları təəccübləndirən Əməkdar artist Elza Seyidcahan yenə fərqli görünüşlə gündəmə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu dəfə başında gül dəstəsi düzəltdirib. Seyidcahan bunun üçün korsetdən istifadə edib.
O, korseti başına qoyduraraq, içərisinə güllər yığdırıb. İfaçı sözügedən fotonu özünün "instagram" hesabında paylaşıb. Müğənninin "KORSET. Başını fırladan mənim bədənimdir. Altına girdiyim mənim ədəbimdir" fikri sosial mediada birmənalı qarşılanmayıb.
Eləcə də oxuyun:
* Elza Seyidcahan yeni şeirini təqdim edib
* Səhnəmizin ən zövqlü və zövqsüzləri: Modelyer şou-biznes əhlini ağ yudu, qara sərdi