SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın baş naziri Moskvaya gedib

Azərbaycanın Baş Naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və hökumət üzvləri ilə görüşəcək.
Sputnik

BAKI, 19 may - Sputnik. Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına iki günlük rəsmi səfəri başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Azərbaycanın baş naziri Moskvaya gedib

Əli Əsədovun səfəri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Bakıya səfəri zamanı planlaşdırılıb.

Azərbaycanın Baş Naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və hökumət üzvləri ilə görüşəcək.