BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".
Eləcə də oxuyun:
* Paytaxt marşrutlarının 50 faizi yenilənib
* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir