CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusuna Ermənistanla sərhəddə "həyəcan" siqnalı verildi - VİDEO

Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.
Sputnik

BAKI, 17 may — Sputnik. 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun "həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

Eləcə də oxuyun:

Azərbaycan Ordusunun bölmələri planlaşdırılan əraziləri tutur - VİDEO

Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

Azərbaycan hərbi aviasiyası tozu dumana qatdı - VİDEO

*Azərbaycan yollarında hərbi maşınlar: nə baş verir? - VİDEO