CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığın səbəbi açıqlandı

"Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək"
Sputnik

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığa aydınlıq gətirib. İdarədən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilib:

"Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək".

Qeyd edək ki, bu gün Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkət edən qatarda sıxlıq yaranıb. Sərnişinlər arasında sıxlıq səbəbindən huşunu itirənlər olub. Hətta biznes klassa bilet alan sərnişinlər belə ayaq üstə gediblər.

Bakı-Sumqayıt qatarında sıxlıq - VİDEO