BAKI, 15 may - Sputnik. İsrail Qəzzada beynəlxalq KİV-in yerləşdiyi ofis binasını bombalayıb.
Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki,"Associated Press", "Al Jazeera", AFP, BBC və digər beynəlxalq media qurumlarının Qəzzadakı ofislərinin yerləşdiyi Əl-Cəla binasına havadan zərbələr endirilib.
Hücumdan əvvəl İsrailin xəbərdalığı əsasında binadakı heyət təxliyyə olunub.
Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.
İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.
İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.