Şahzadə həyatını zooparka bənzətdi

Sasseks hersoqu hələ 20 yaşı olarkən kral ailəsini tərk etmək istəyirmiş. O, qorxurmuş ki, ailə qura bilməz, ya da anası, Uels şahzadəsi Diananın acı taleyini yaşayar.
Sputnik

BAKI, 14 may - Sputnik. Şahzadə Harri əvəvlki həyatını zooparka və əsas qəhrəmanı televiziya şousunda yaşayan "Trumenin şousu" filminə bənzədib. Sputnik Azərbaycan Sky News-a istinadən bildirir ki, bu barədə o, aktyor Daks Şepardla "Divan eksperti" podkastında söhbəti zamanı deyib.

Sasseks hersoqu hələ 20 yaşı olarkən kral ailəsini tərk etmək istəyirmiş. O, qorxurmuş ki, ailə qura bilməz, ya da anası, Uels şahzadəsi Diananın acı taleyini yaşayar.

"Bu, mənim işim idi, mən sadəcə gülümsəyir və dözürdüm", - Harri deyib.

Onun sözlərinə görə, valideynlərinin həyatındakı acı çəmbəri dağıtmaq niyyətindədir ki, övladları da eyni taleyi yaşamasınlar. 

Şahzadə dəyişməkdə ona kömək etmiş psixoterapiyadan da ətraflı bəhs edib.

"Mən terapiyaya başlayan kimi belə bir hiss yarandı ki, sanki başımı qumdan çıxarmışan, yaxşıca silkələmişəm və nəhayət özümə gəlmişəm", - Harri deyib.

Harri arvadı Meqan Markl ilə ilk görüşlərindən də bəhs edib. Onlar Londonda supermarketdə görüşürlərmiş, üstəlik, özlərini elə aparırmışlar ki, guya bir-birlərini tanımırlar.

Eləcə də oxuyun: 

"Varlılar da ağlayır": Meqan Markl irqçilikdən şikayətçidir

Britaniyalılar kimi növbəti monarx görmək istədiklərini açıqladılar

Mərhum kraliçanın alt paltarı hərraca çıxarılacaq