BAKI, 13 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarı-bülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyirlər.
Qeyd edək ki, Prezident və ailəsi mayın 12-dən Şuşadadırlar. Onlar "Xarı-bülbül" festivalının açılışında iştirak ediblər.
Bu gün saat 9-da Şuşada, Yuxarı Gövhərağa məscidində bayram namazı qılınıb. Prezident və ailəsi Yuxarı Gövhərağa məscidində olublar.
Eləcə də oxuyun:
* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video