CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaragöldə nə baş verir? Ermənistan mətbuatı ultimatumdan dəm vurur

Bundan öncə parlamentdə çıxış edən baş nazir əvəzi Nikol Paşinyan Qaragölün azərbaycanlıların nəzarətinə keçməsi məsələsinin ayrıca müzakirə mövzusu olduğunu deyib.
Sputnik

BAKI, 13 may - Sputnik. Ermənistan mətbuatı Qaragöldə yerləşən azərbaycanlı hərbçilərə ultimatum verildiyini yazır.

Sputnik Ermənistan bildirir ki, "Hraparak" qəzetinin yazdığına görə, Sünik rayonundakı Qaragöl (ermənilər onu Sev liç adlandırırlar - red.) tamamilə azərbaycanlıların nəzarəti altındadır. Səhər çağı isə vəziyyətə rus hərbçilər müdaxilə ediblər.

Qəzet yazır ki, danışıqlarda erməni korpuslarının komandirləri də iştirak edirlər, amma Ermənistan hökumətindən orada başqa adam yoxdur. "Hraparak"ın iddiasına görə, azərbaycanlı hərbçilərə ultimatum verilib - geri çəkilməsələr, onlara güc tətbiq olunacaq. 

Prokurorluq: Gədəbəydə iki rayon sakini Ermənistanla sərhəddə minaya düşüb

Həmçinin bildirilir ki, erməni tərəfin "əsir" adlandırdığı terrorçuların qohumları rus hərbçilərindən sonrakı mübadilə üçün Qaragöldəki azərbaycanlıları əsir götürmələrini istəyiblər. 

Bundan öncə parlamentdə çıxış edən baş nazir əvəzi Nikol Paşinyan Qaragölün azərbaycanlıların nəzarətinə keçməsi məsələsinin ayrıca müzakirə mövzusu olduğunu deyib.

Ermənistanın Müdafiə Nazirliyi çərşənbə günü Azərbaycan hərbçilərinin Sünik vilayətində sərhədə doğru yerdəyişmə etdiyini təsdiqləyib. Qurumdan bildiriblər ki, Azərbaycan SQ sərhədlərin dəqiqləşdirilməsi üçün sərhədyanı ərazilərdə müəyyən işlər aparmağa çalışıb, "erməni bölmələrinin tədbirlərindən sonra bu işlər dayandırılıb, hazırda vəziyyətin yoluna qoyulması üçün danışıqlar aparılır. Hadisə yerində rus əsgərləri də var".

Qeyd edək ki, Azərbaycan tərəfi hələ ki məsələyə rəsmi münasibət bildirməyib.

Ermənistanın KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqov isə təşkilatın nümayəndələrinə Sünikdə baş verənləri çatdırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Ermənistan XİN-ə istinadən RİA Novosti yayıb.

"KTMT-nin Daimi Şurasının mayın 13-də keçirilən iclasında Biyaqov Azərbaycan tərəfinin Sünik vilayətində təhrikçi hərəkətləri və bu hərəkətlər nəticəsində yaranmış vəziyyət barədə məlumat verib", - Ermənistan XİN-in məlumatında deyilir.

Axşam saatlarında sərhəddəki vəziyyətlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Eləcə də oxuyun: 

Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri başqası ilə əvəz olunacaq - İddia

O əməliyyatdan sonra Ermənistanda hay-küy qalxdı - İlham Əliyev

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə olublar – FOTOLAR

İlham Əliyevlə Sergey Lavrov nələri müzakirə etdilər - FOTO

* Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

Ermənistan Zəngəzurda neytral zona yaratmağı təklif etdi

Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.