CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Mingəçevir şəhərində bir qrup şəxs arasında başlayan mübahisə sərt münaqişəyə çevrilib, bıçaqlar və küt alətlər işə düşüb.
Sputnik

BAKI, 12 may - Sputnik. Mingəçevirdə kütləvi dava olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mingəçevir şəhərində bir qrup şəxs arasında başlayan mübahisə sərt münaqişəyə çevrilib.

Nəticədə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Eyyubov Məhəmməd Nizami oğlu 3 bıçaq xəsarəti alıb, 2004-cü il təvəllüdlü Əsədov Bürhan Yavər oğlunun isə baş nahiyəsinə küt alətlə zərbə vurulub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.