RUSİYA

Tatarısan rəhbəri məktəbdə baş verən hadisəni şərh etdi

"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar".
Sputnik

BAKI, 11 may — Sputnik. Kazan məktəbindəki atışma nəticəsində dörd oğlan və üç qız həlak olub, daha 16 nəfər isə xəstəxanadadır – bunu Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bildirib.

"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, xətəxanaya yerləşidirilən 16 nəfərdən də 12-i azyaşlıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyası Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki məktəblərdən birində atışma olub. Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində 11 nəfər həlak olub. Hələlik bu rəqəm rəsmi şəkildə təsdiqini tapmayıb.