BAKI, 10 may — Sputnik. Taliban hərəkatı Ramazan bayramı ilə əlaqadar olaraq Əfqanıstanda 3 günlük atəşkəs elan edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bundan iki gün öncə paytaxt Kabildə qızların təhsil aldığı məktəblərin yaxınlığında törədilmiş bombalı terror hücumları nəticəsində əksəriyyəi qızlar olmaqla 50-dən çox insan həyatını itirmişdi.
Taliban tərəfindən verilən açıqlamada bildirilib ki, İslam əmirliyi mücahidləri bütün Əfqanıstan boyunca Ramazan bayramının birinci günündən üçüncü gününə qədər düşmənə qarşı planlaşdırılan bütün hücum əməliyyatlarını dayandırırlar.
Eləcə də oxuyun:
* ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?
* "Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO
* Amerikalıların Əfqanıstandan çıxarılmasına taliblər rəhbərlik edir