Gənc qadına altı doza vaksin vuruldu

İddia edilir ki, vaksinasiya zamanı tibb bacısı səhvən 1 doza əvəzinə bütün bir şüşəni gənc qadının qoluna inyeksiya edib.
Sputnik

BAKI, 10 may — Sputnik. İtaliyada 23 yaşlı qadına səhvən 6 doza həcmində Pfizer vaksini vurulub. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, hazırda həmin qadın xəstəxanada müşahidə altında saxlanılır. 

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

Verilən məlumata görə, vaksinasiyadan sonra maye və dərman qəbul edən qadının vəziyyəti yaxşıdır. İddia edilir ki, vaksinasiya zamanı tibb bacısı səhvən 1 doza əvəzinə bütün bir şüşəni gənc qadının qoluna inyeksiya edib.  Əvvəlcədən aparılmış araşdırmalar göstərir ki, Pfizer vaksininin ən yüksək həddi 4 doza ola bilər. Hadisə barədə İtaliya tibbi nəzarət xidmətinə məlumat verilib. Qeyd edək ki, bundan əvvəl ABŞ, Avstraliya, Almaniya və İsraildə  də belə hadisələr yaşanıb.

Eləcə də oxuyun: 

* Vaksinasiya mövsümi xarakter daşıya və hər il ola bilər - nazir əvəzi

On səkkiz yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşının vaksinasiyasına start verilir

Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır - Həkim

* "Böyrək xəstəliyi olanlar vaksin oluna bilərmi?" sualına aydınlıq gətirildi