CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arif Quliyevin qohumları Mədəniyyət Nazirliyindən cavab gözləyirlər

"Dəfn məsələlərini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb. Amma harada və nə vaxt dəfn olunacağı bəlli deyil".
Sputnik

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev gecə 71 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, aktyorun nəşi yaşadığı evə gətirilib. Hazırda aktyorla vida mərasimi evində keçirilir. Xalq artistinin qohumunun verdiyi məlumata görə, A.Quliyev bu gün dəfn olunacaq: "Hələ ki dəfn olunacağı saatı və yeri bəlli deyil. Mədəniyyət Nazirliyinin qərarını gözləyirik".

Xalq artisti Arif Quliyev koronavirusdan vəfat edib

Mərhumun dəfni ilə əlaqədar Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən verilən məlumata görə, Xalq artistinin dəfn olunacağı məkan və vaxt hələ ki məlum deyil: "Nazirliyin səlahiyyətli şəxsləri hazırda Xalq artsitinin vida mərasimindədirlər. Dəfn məsələlərini nazirlik öz üzərinə götürüb. Amma harada və nə vaxt dəfn olunacağı bəlli deyil".

Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasına yoluxmuşdu. Həkimlər xəstəxanaya yerləşdirilən aktyorun ağ ciyərinin 90 faizinin zədələndiyini bildirmişdilər.