CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq çəkidən əziyyət çəkən müğənni arıqladı, tanınmaz hala düşdü - FOTO

Sənətçi öz "Instagram" hesabında bundan əvvəl və sonuncu dəfə çəkilən fotosunu kollaj edərək paylaşıb, 32 kq çəki atdığını bildirib. Elçin qeyd edib ki, bu nəticəni 3-4 aya əldə edib və bununla da istədiyi çəkiyə sahib olub.
Sputnik

BAKI, 7 may — Sputnik. Uzun illərdir artıq çəkidən əziyyət çəkən müğənni Elçin Hüseynovun yeni xarici görünüşü təəccübə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz "Instagram" hesabında bundan əvvəl və sonuncu dəfə çəkilən fotosunu kollaj edərək paylaşıb, 32 kq çəki atdığını bildirib.

Elçin qeyd edib ki, bu nəticəni 3-4 aya əldə edib və bununla da istədiyi çəkiyə sahib olub. İzləyicilərin bəziləri onun bu addımını alqışlasalar da, bəziləri onu buna görə tənqid edib.