Hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir

Hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir.
Sputnik

 

BAKI, 6 may — Sputnik. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib. O, bunu belə izah edib: "Bu isə o deməkdir ki, mövcud qanunvericilik vətəndaşsızlıq halında doğulma hallarına yol açmır".