Dövlət Gömrük Xidmətinin sədri "Twitter"də bir tona yaxın narkotikin aqibətindən yazdı

Son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.
Sputnik

BAKI, 3 may — Sputnik. Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik vasitə  dövriyyədən çıxarılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev özünün "Twitter" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.