İDMAN

Lüis Həmilton "Formula 1" üzrə Portuqaliya Qran-prisinin qalibi olub

Həmilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur.
Sputnik

BAKI, 2 may — Sputnik. Portuqaliyada "Formula 1" qran-prisində "Mersedesin" pilotu Lüis Həmilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.

“Report” xəbər verir ki, yarış Portimanda keçirilib.

İkinci yeri "Red Bull"dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.

Qeyd edək ki, Həmilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.