HADİSƏ

Bakıda başına daş plitəsi düşən yeniyetmənin vəziyyəti ağırdır

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.
Sputnik

BAKI, 2 may — Sputnik. Bakıda 14 yaşlı yeniyetmənin başına daş plitəsi düşüb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş plitəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.