SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Düşənbə ilə Bişkek arasında münaqişənin həllinə kömək etməyə hazırıq - Rusiya XİN sözçüsü

Zaxarova bəyan edib ki, Qırğızıstan və Tacikistan hökumətlərinin Rusiyada yaşayan diaspor üzvlərinə təxribatçı fəaliyyətlərə uymamaq çağırışını müsbət qiymətləndirir.
Sputnik

BAKI, 1 may - Sputnik. Rusiya atəşkəs barədə əldə edilmiş razılaşmanı alqışlayır və Qırğızıstanla Tacikistan sərhədindəki vəziyyətin yoluna qoyulmasında kömək etməyə hazırdır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-ə müsahibəsində deyib.

"Biz Bişkeklə Düşənbənin birgə işçi qrup yaratmaq qərarını dəstəkləyirik. Onun vəzifələrinə həm əhalini məlumatlandırma, həm də həmin zonada vəziyyətin monitorinqi daxil olacaq. Rusiya istənilən mübahisəli məsələnin siyasi-diplomatik üsullarla həllinə hər cür kömək göstərməyə hazırdır", - o deyib. 

Zaxarova bəyan edib ki, Qırğızıstan və Tacikistan hökumətlərinin Rusiyada yaşayan diaspor üzvlərinə təxribatçı fəaliyyətlərə uymamaq çağırışını müsbət qiymətləndirir.

Sərhəd davasında xəsarət alanların sayı artdı, ölənlərdən biri uşaqdır

"Bu, vacib bəyanatdır. Yəni siyasətçilər, hakimiyyətdə olanlar baş verənlərə yüksək səviyyədə şüurla yanaşaraq, vəziyyətin dramatikliyini nəzərə alaraq insanları təsir altına düşməməyə, emosiya və təxribatlara uymamağa çağırırlar", - Zaxarova vurğulayıb.

Qırğızıstan və Tacikistanın sərhəd rayonlarında münaqişə aprelin 29-da başlayıb və tez bir zamanda silahlı qarşıdurmaya çevrilib. İnsident nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər həlak olub, 200-dən çox adam yaralanıb. Cümə günü Bişkek və Düşənbə atəşkəs və qüvvələrin geri çəkilməsi barədə razılığa gəliblər.

Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müsahibəsinin tam mətnini bu gün Sputnik Azərbaycan saytında oxuyun.