BAKI, 1 may - Sputnik. Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Buna səbəb Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.