İDMAN

İngiltərədə müsəlman futbolçulara gözəl jest

İngiltərə Premyer Liqası rəhbərliyinin fikrincə, belə praktika standart oyunqabağı müzakirəyə çevrilməlidir.
Sputnik

BAKI, 29 aprel - Sputnik. İngiltərə Premyer Liqası axşam oyunlarını idarə edən hakimləri müqəddəs Ramazan ayında oruc tutan futbolçuların iftar açmaları (su içib qida qəbul etmələri) üçün pauza verməyə çağırıb. 

UEFA qadın futboluna ayrılan pulu 4 dəfə artıracaq

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sky Sports yazır.

Belə pauzanın presedenti aprelin 26-da Lesterdə baş tutan oyunda olmuşdu. İngiltərə çempionatının 33-cü turunda "Lester Siti" ilə "Kristal Pelas" görüşərkən (2:1) London komandasının qapıçısı Visente Quayta gün batan zaman topu saxlayaraq müsəlman futbolçular - Uesli Fofan ("Lester") və Şeyku Kuyatenin ("Kristal Pelas") vitaminli içki qəbul etmələrinə şərait yaratmışdı.

Nəşr bildirir ki, Premyer Liqanın rəhbərliyi hakimləri gün batandan sonra bitən matçlarda oynayan komandaların kapitanları ilə belə pauzaların yaradılması imkanını müzakirə etməyə çağırıb. Belə praktika standart oyunqabağı müzakirəyə çevrilməlidir, məsələn, Black Lives Matter hərəkatını dəstəkləyən zaman futbolçuların bir dizləri üstə çökmələrinin müzakirə olunduğu kimi.