CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüsal Kərimov ötən ilə söz verdiklərini bu ilin axırında reallaşdıracaqlarını deyib

Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib ki, bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulsa da, pandemiyaya görə yubanıb.
Sputnik

BAKI, 28 aprel — Sputnik. “2021-ci ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib. O deyib ki, bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulsa da, pandemiyaya görə yubanıb: ”Amma biz bu il bu prosesi yekunlaşdırmağa çalışırıq”, - deyə V. Kərimli bildirib.