BAKI, 28 aprel — Sputnik. “2021-ci ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib. O deyib ki, bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulsa da, pandemiyaya görə yubanıb: ”Amma biz bu il bu prosesi yekunlaşdırmağa çalışırıq”, - deyə V. Kərimli bildirib.