QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xankəndi sakini evində asılmış vəziyyətdə tapılıb

Otuz bir yaşlı Xankəndi sakini Vazqen Sarkisyanın hansı şəraitdə öldüyü məlum deyil. Hazırda məsələ araşdırma mərhələsindədir.
Sputnik

BAKI, 27 aprel — Sputnik. Xankəndi sakini öz evində ölü halda tapılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, aprelin 26-sı saat 13:00-da 1990-cı il təvəllüdlü Xankəndi sakini Vazqen Sarkisyanın meyiti asılmış vəziyyətdə tapılıb.

Otuz bir yaşlı Xankəndi sakininin hansı şəraitdə öldüyü məlum deyil. Hazırda onun intihar, yoxsa sui-qəsd olduğu araşdırılır.