RUSİYA

"Moskvaya xəbərdarlıq": Amerikanın gizli saxlanan təyyarəsi havaya qaldırıldı

ABŞ-ın fəaliyyətdə olan 32 U-2 təyyarəsindən biri də hələ fevralda Ferfordda görülüb. Bura Böyük Britaniyadakı missiyaları zamanı həmin təyyarələr üçün baza rolunu oynayır.
Sputnik

BAKI, 25 aprel - Sputnik. Amerikanın kəşfiyyatçı U-2 təyyarəsi ötən həftə Böyük Britaniyanın Ferford aviabazasından səmaya qalxıb.

Sputnik Azərbaycan Daily Mail-ə istinadən bildirir ki, buna səbəb Rusiya-Ukrayna sərhədindəki gərginlikdir.

Nəşrin bildirdiyinə görə, "çox məxfi" casus təyyarə ötən həftə Avropada kəşfiyyat missiyasını yerinə yetirmək üçün uçub. Müəllifin sözlərinə görə, "Ledi Əjdaha" adlandırılan Lockheed U-2-nin şəkilləri hələ aprelin 16-da Ferfordda çəkilib. Həmin vaxt təxminən 100000 Rusiya əsgəri Ukrayna sərhədinə göndərilmişdi.

​Bildirilir ki, sonra prezident Putin Moskva yaxınlığında düşmən PUA-ları və peyklərini aldatmaq üçün doldurulma (rezin) ordu yaratdıqdan sonra qoşunları daimi dislokasiya yerlərinə qaytarıb.

"U-2-nin Avropada olması Moskvaya xəbərdarlıqdır", - məqalədə deyilir.

Son həftələr Qlosterşirdəki hərbi bazada kəşfiyat təyyarəsini tez-tez görüblər, ancaq nə Müdafiə Nazirliyi, nə də ABŞ HHQ hərəkətin səbəbini açıqlamağa tələsib.

ABŞ-ın fəaliyyətdə olan 32 U-2 təyyarəsindən biri də hələ fevralda Ferfordda görülüb. Bura Böyük Britaniyadakı missiyaları zamanı həmin təyyarələr üçün baza rolunu oynayır.

2019-cu ilin sentyabrında ABŞ HHQ bildirmişdi ki, təyyarələr Ferforda "rutin kəşfiyyat və müşahidə missiyaları üçün" Kaliforniyadakı Bil aviabazasından göndərilib. Həmçinin qeyd olunmuşdu ki, Avropa hərbi səhnələr teatrında ISR (kəşfiyyat və müşahidə) vasitələrinin yerləşdirilməsi ABŞ-ın bölgədəki müttəfiq və tərəfdaşlarına sadiqliyini nümayiş etdirir".