HADİSƏ

Qazaxda nadir hadisə: Arıçı arı sancmasından keçinib

Rayonun Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.
Sputnik

BAKI, 24 aprel - Sputnik. Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə baş verib.

Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.