CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyəzəndə yeniyetməni dalğıclar axtarırlar

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Sputnik

BAKI, 20 aprel - Sputnik. Siyəzəndə bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.