İDMAN

Dünyanın ən "özəl" məşqçisi işsiz qaldı

İngiltərə Premyer-liqasının son üç oyununda komanda cəmi iki xal qazana bilib. Bundan əlavə, "Tottenhem" cari ilin mart ayında Avropa Liqasından da kənarda qalıb.
Sputnik

BAKI, 19 aprel — Sputnik. Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo "Tottenhem" klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi ilə 17 aylıq iş fəaliyyətindən sonra komandadan uzaqlaşdırılıb.

Ronaldu, Neymar və Salah Ağdam və Füzulidə oynamağa dəvət alıblar - VİDEO

Xatırladaq ki, İngiltərə Premyer-liqasının son üç oyununda komanda cəmi iki xal qazana bilib. Bundan əlavə, "Tottenhem" cari ilin mart ayında Avropa Liqasından da kənarda qalıb. Hazırda komanda Premyer-liqada yeddinci yerdədir. Qarşıdan gələn istirahət günü "Tottenhem"i Liqa Kubokunun finalında "Mançester Siti" komandası ilə qarşılaşma gözləyir.

Qeyd edək ki, Mourinyo "Tottenhem"ə 2019-cu ilin noyabr ayında təyin olunub. Bu vəzifədə argentinalı Maurisio Poçettinonu əvəz edən Maurinyo komandanı mövsümün nəticələrinə görə premyer-liqanın altıncı yerinə gətirib.

Portuqaliyalı mütəxəssis "Mançester Yunayted", "Çelsi", "Real" (Madrid), "İnter", habelə "Portu" klublarında işi ilə məşhurdur. Ən böyük nailiyyətə baş məşqçi "Çelsi" klubu ilə nail olub: ümumilikdə bu komanda ilə 8 mükafat. Bundan əlavə, portuqaliyalı mütəxəssis 2003/2004 mövsümündə "Portu", 2009-2010 mövsümündə isə "İnter"in baş məşqçisi kimi Çempionlar Liqasının kubokuna sahib olub.