İDMAN

UEFA rəhbəri: "Superliqadakı futbolçular nə dünya, nə də Avropa çempionatında olacaqlar"

Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyəkOnlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək
Sputnik

BAKI, 19 aprel — Sputnik. Superliqada oynayan futbolçular Dünya Çempionatı və Avropa Çempionatında iştirak edə bilməyəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqası ilə bağlı danışarkən bildirib.

"Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək", - deyə Çeferin qeyd edib.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" (Madrid), "Real Madrid", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Superliqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçiliblər. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.