İDMAN

Azərbaycanlı pəhləvan Varşavada erməni güləşçini məğlub edib

Varşavada keçirilən Avropa çempionatında dörd güləşçimiz mübarizəyə uğurla başlayaraq 1/4 finala vəsiqə qazanıb.
Sputnik

BAKI, 19 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) Varşavada keçirilən Avropa çempionatındakı ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyan üzərində qələbə çalıb. Sputnik Azərbaycan xəbər verir ki, 1/8 mərhələsindəki qarşılaşmada həmyerlimiz minimal xal üstünlüyü ilə qalib olub - 2:1. Rəhimzadənin 1/4 mərhələsindəki rəqibi bir qədər sonra məlum olacaq.

Azərbaycanın güləş ustalarından Əfqan Xaşalov (57 kq), Rəşad Yusifli (74 kq) və Şamil Zübairov (87 kq) müvafiq olaraq Yanis Martidis (Yunanıstan, 10:0), Andrey Sokalski (Polşa, 9:0) və Albert Saritov (Rumıniya, texniki qələbə) üzərində qələbə çalaraq ¼ finala yüksəliblər.

Daha bir güləşçimiz Turan Bayramov isə (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya) ilə görüşünü gözləyir.