MƏDƏNİYYƏT

Tanınmış amerikalı rejissor vəfat etdi

"Gecənin rəngi", "Kaskadyor" və s. filmləri ilə tanınan Riçard Raş iki dəfə "Oskar" mükafatına layiq görülüb.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Tanınmış rejissor Riçard Raş vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 91 yaşlı rejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, "Gecənin rəngi", "Fribi və Bin", "Kaskadyor" və s. filmləri ilə tanınan Riçard Raş "The Stunt Man" ("Kaskadyor", 1980) filmi ilə iki dəfə "Oskar" mükafatına layiq görülüb. O, bu mükafatı "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyalarında alıb.