RUSİYA

Peskov: Rusiyada miqrant çatışmazlığı var

"Mən rusiyalıların miqrantlara münasibətinə dair hansısa sosioloji tədqiqat materialları ilə tanış deyiləm. Buna görə də bu məsələni şərh edə bilmərəm və etməyəcəyəm də".
Sputnik

BAKI, 8 aprel — Sputnik. Son bir il ərzində Rusiyada miqrantların sayı xeyli azalıb və ambisiyalı layihələrin həyata keçirilməsi üçün onlar hətta çatışmır. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə jurnalistlər qarşısında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Xəstəxanadan qaçan miqrantlar silah əvəzinə dişlərindən istifadə elədilər

Kremldə Rusiya əhalisinin miqrantlardan narazılığının qeydə alınıb-alınmadığı və bunun ölkənin təhlükəsizliyi üçün potensial təhdid olub-olmadığı barədə suala cavab olaraq Peskov deyib: "Düzünü desəm, mən rusiyalıların miqrantlara münasibətinə dair hansısa sosioloji tədqiqat materialları ilə tanış deyiləm. Buna görə də bu məsələni şərh edə bilmərəm və etməyəcəyəm də".

"Mən yalnız reallıqdan danışa bilərəm. Reallıq isə belədir ki, son bir il ərzində bizdə miqrantların sayı xeyli azalıb və ambisiyalı planların həyata keçirilməsi üçün bizdə həddən artıq böyük miqrant çatışmazlığı var", - deyə Kreml rəsmisi qeyd edib.