"Türk Ulduzu" qəzaya uğradı, pilot həyatını itirdi

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus, "Türk Ulduzları" heyətinə daxil olan "NF-5" tipli qırıcı təyyarə Konyanın Karatay rayonunda qəzaya uğrayıb.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Türkiyənin Konya vilayətində bu ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus , "Türk Ulduzları" heyətinə daxil olan "NF-5" tipli qırıcı təyyarə qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, təyyarə vilayətin Karatay rayonunda qəzaya uğrayıb. Pilot həlak olub. 

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunublar.