Gözəllik müsabiqəsində dava düşdü

Müsabiqənin mükafatçılarından olan Puşpika De Silvanın boşanma xəbəri münsiflərdən birini bərk əsəbləşdirib və o, gözəllik tacını qaydaları pozan qızın başından çıxarıb. Sonradan, De Silva "Facebook" vasitəsilə boşanması barədə xəbəri təkzib edib.
Sputnik

BAKI, 7 aprel — Sputnik. "Şri-Lanka gözəli" müsabiqəsi zamanı xoşagəlməz anlar yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, insident tacqoyma mərasimi zamanı baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin mükafatçılarından olan Puşpika De Silvanın boşanma xəbəri münsiflərdən birini bərk əsəbləşdirib və o, gözəllik tacını qaydaları pozan qızın başından çıxarıb. Sonradan, De Silva "Facebook" vasitəsilə boşanması barədə xəbəri təkzib edib.

Müsabiqənin təşkilatçıları isə münsifin hərəkətinin yolverilməz olduğunu bildiriblər.