CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kişi gəlinini bıçaqladı

Qaynatası ilə söz güləşdirən qadın bıçaqlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Sputnik

BAKI, 5 aprel - Sputnik. Maştağa qəsəbəsində qadın bıçaqlanıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

1986-cı il təvəllüdlü Cavadova Failə Faiq qızı qaynatası ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.