RUSİYA

On səkkiz yaşlı futbolçu meydançada öldü

"Tibb işçiləri və reanimobil tez gəldilər. Biz yarım saat onun həyatı üçün mübarizə apardıq. Ancaq, təəssüf ki, onu itirdik" - klub direktoru
Sputnik

BAKI, 4 aprel - Sputnik. Rusiyada gənc futbolçu oyun zamanı qəfildən ölüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Peşəkar Futbol Liqasının "Znamya Truda" klubunun gənclər komandasının üzvü Nikita Sidorov qəfildən dünyasını dəyişib.

Komandanın baş direktoru Mixail Puzanovun sözlərinə görə, 18 yaşlı oyunçu meydana Pavlovski Posad şəhərindən olan komanda oilə yoldaşlıq görüşünün ikinci hissəsində çıxıb. Beş dəqiqə sonra isə halı pisləşib. "Tibb işçiləri və reanimobil tez gəldilər. Biz yarım saat onun həyatı üçün mübarizə apardıq. Ancaq, təəssüf ki, onu itirdik", - Puzanov əlavə edib.

Ölüm səbəbi kimi anevrizma göstərilir. 

Sidorov "Spartak-Orexovo" klubunun yetirməsiydi. "Znamya Truda" klubunda 2019-dan çıxış edirmiş.