Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 1 aprel - Sputnik. Bu gün günorta saatlarında Şabran rayonunda güclü külək əsməsi nəticəsində hasar aşıb. Hasarın üzərinə aşdığı 10 yaşlı Fəqan Ruslan oğlu Məmmədov yerindəcə keçinib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Məhəmməd Əsədov küçəsindəki evlərdən birinin həyətində baş verib. Hadisə zamanı həyətdə 3-4 uşaq oynayırmış. Dünyasını dəyişən F.Məmmədovun həmyaşıdı
Pənah Zaur oğlu Məmmədov da hadisə zamanı xəsarət alıb. Yaralanmış uşaq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Bədbəxt hadisə ilə bağlı Şabran rayon Prokurorluğu araşdırma aparır. Uşaqların hansı şəraitdə hasarın altında qalmaları araşdırılır. İlkin versiya hasarın güclü külək nəticəsində aşmasıdır.