RUSİYA

Jurnalistlərə qarşı təqiblər: Qərb Baltikyanı ölkələrin uğurlarına qibtə edəcək

Latviya prokurorluğu Berezovskaya və onun həmkarlarının cinayətinin mahiyyətini nədə gördüyünü bildirib.
Sputnik

BAKI, 1 aprel — Sputnik, İrina Alksnis. Dünən iki maraqlı hadisə ilə yadda qaldı. Estoniyada hüquq müdafiəçisi, publisist, "Baltnews" informasiya agentliyinin müəllifi Sergey Seredenko dövlət əleyhinə fəaliyyətdə ittihamla həbs olundu. Latviyanın baş prokurorluğu isə "Baltnews" və "Sputnik Latviya" (hər iki resurs "Rossiya Seqodnya" BİA-ya daxildir) portalları ilə əməkdaşlıq edən və Avropa İttifaqının sanksiya rejimini pozmaqda ittiham olunan jurnalist Alla Berezovskayaya qarşı cinayət işini bağlamaqdan imtina etdi.

Gimnaziyada bağban işləyən (ictimai fəaliyyəti ucbatından ixtisası üzrə sadəcə olaraq işə qəbul oluna bilməzdi) və publisistik yazılar yazan Seredenkonun "xarici dövlətin tapşırığı ilə Estoniyaya qarşı yönəlmiş cinayət"i necə törətdiyi aydın deyil. Ona qarşı ittihamın təfərrüatları hələ ki, açıqlanmayıb.

Latviya prokurorluğu isə Berezovskaya və onun həmkarlarının cinayətinin mahiyyətini nədə gördüyünü bildirib. Məsələ "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova qarşı Aİ tərəfindən tətbiq olunmuş fərdi sanksiyalardadır. Məlum olduğu kimi, həmin sanksiyalar qara siyahıya düşmüş şəxsin həmin ölkə ərazisinə getməsini və orada olan maliyyə aktivlərinin (təbii ki, əgər varsa) dondurulmasını nəzərdə tutur.

Berezovskaya: "Latviya jurnalistləri müdafiəmizlə bağlı bir kəlmə də demədilər"

Qadağanın adında artıq onların fərdi xarakter daşıdığı qeyd olunur. Aİ-nin sanksiyalarla bağlı reqlamenti isə "sanksiyalar tətbiq olunmuş şəxslərə hər hansı vəsait və ya təsərrüfat resurslarının birbaşa və ya dolayısı ilə verilməsinin qadağan olunmasını" nəzərdə tutur.

"Rossiya Seqodnya" BİA isə özəl deyil, dövlət təşkilatıdır. Dmitri Kiselyov onun sahibi deyil, muzdlu işçidir. Nə media qrup, nə də onun bölmələrinin hər hansı şəkildə Qərbin sanksiya siyahılarında adları çəkilmir.

Burada isə artıq əsassız hüquqi ümumiləşdirmələr başlanır.

Alla Berezovskaya və həmkarlarının "Baltnews" və "Sputnik Latviya" üçün yazdıqları məqalələr Latviya hüquq mühafizə orqanları əməkdaşları tərəfindən jurnalistlərin sanksiya tətbiq olunmuş şəxslərə təsərrüfat resurslarının ötürülməsi kimi dəyərləndirilir.

Vəkilin, ümumiyyətlə, jurnalist mətnlərinin "təsərrüfat resursları" parametrlərinə uyğun olmadığı barədə etirazı isə prokurorluq tərəfindən rədd edilib.

Daha bir sual: jurnalistlər törəmə KİV-lərdə işlədikləri halda iri media strukturunun rəhbərinə qarşı tətbiq olunmuş sanksiyalar barədə məlumatı olmağa borcludurlarmı?

Hüquqi müstəvidən kənarda isə vəziyyət daha aydın və aşkar görünür: Rusiya məcmuələrinin və rusdilli jurnalistlərin təqib olunması Baltikyanı ölkələrdə sırf siyasi zəminə əsaslanır. Bütün bunlar həmin dövlətlərin hökumətləri tərəfindən milli təhlükəsizliyə qarşı təhdid kimi qiymətləndirilən qüvvələrlə mübarizə məqsədi daşıyır.

Kiselyovdan Sputnik Latviya ilə əməkdaşlıq edən jurnalistlərin saxlanılmasına münasibət

Lakin bu qəbildən olan qüvvələr qismində kütləvi informasiya vasitələri və onların əməkdaşlarının olması həmin ölkələrdə vəziyyətdən xəbər verir.

Amma eyni zamanda təkcə Baltikyanı dövlətlərin hökumətlərinin iç üzünü açmaq da düzgün deyil. Belə ki, onların fəaliyyəti tam bütünlüyü ilə Qərbin dəbdə olan və aktual tendensiyalarına uyğundur.

Media sahəsində narazı insanların qlobal təmizləmə işləri orada – xüsusilə də okeanın o tayında adi trendə çevrilib, söz azadlığı ənənələri isə yaddan çıxarılıb.

Fərq yalnız təfərrüatlardadır. Belə ki, Baltikyanı ölkələrdə, yerləşdikləri ərazi, tarix və ictimai amillərlə əlaqədar olaraq, birinci yerdə "rus təhlükəsi" gəlir. ABŞ və Qərbi Avropanın diqqəti isə daha çox ən proqressiv ideya tərəfdarlarının nizami sıralarına daxil olmaq istəməyən "reaksionerlər" üzərində cəmləşib. Amma, onlar Kremlin media-barmaqlarını da yaddan çıxarmırlar.

Burada maraqlı olan başqa məsələdir: seçilmiş yolda Baltikyanı ölkələrin Qərb liderlərindən daha çox uğur əldə etmək üçün yaxşı şansı var.

Arzuolunmaz jurnalistlərin və hətta bütöv KİV-lərin ağzını yummaq olar. Qərb son illər ərzində buna xeyli nümunə verib. Bundan əlavə, hətta sosial media sahəsində də yüksək səviyyədə yekdilliyə nail olmaq da mümkün olub. Məsələn, Trampçıların sosial şəbəkələrdən təmizlənməsi və konservativ platformaların nəfəsinin kəsilməsi tədbirləri effektivliyi ilə heyrətləndirdi.

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

Lakin bu tədbirlər problemi kökündən həll etmir. Əgər "yanlış fikirlərin" arxasında cəmiyyətin böyük bir hissəsi, milyonlarla insan durursa, insanlar öz sözlərini demək üçün imkan taparaq onları eşitməyə vadar edəcəklər.

Bax bu məsələdə Baltikyanı ölkələrin böyük üstünlüyü var. Belə ki, bu ölkələrdə insanların didərgin düşməsi prosesi gedir. Və bu təkcə rusdilli deyil, elə yerli əhaliyə da aiddir. Əgər hər gün ölkədən vətəndaşların (və qeyri-vətəndaşların) ən fəal və məhsuldar hissəsi çıxıb gedirsə, dövlətin idarə olunması bir çox mənada çox asanlaşır.

Hazırda isə vəziyyət çox qənaətbəxşdir. Belə ki, hökumətin qərarları ictimai gərginlik doğurmur. Artıq öz hüquqlarını qorumaq üçün adam da qalmayıb. Bürokratik aparat üçün həyat çox rahat və xoş olub.

Sosial-iqtisadi sahədə ölkə üçün müxtəlif, həddən artıq əlverişsiz hadisələrin baş verməsi isə kiçik məsələdir. Qonşuların təcrübəsi göstərir ki, bütün bu proseslər dövlət aparatının mövcudluğuna və guya "tam bir dövlət" görünüşünün qorunub saxlanmasına heç cür təsir etmir.