İDMAN

Azərbaycan futbol yığmasının qapıçısı Avropada birinci olub

Futbol üzrə yığmanın və Ağdamın Qarabağ klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev 2022-ci il Dünya çempionatının seçmə mərhələsində keçirilmiş iki iyunda 19 dəfə qapısını qoldan xilas edib.
Sputnik

BAKI, 31 mart — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Azərbaycan yığmasının qapıçısı 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə həmkarları arasında liderdir. Sputnik Azərbaycan xəbər verir ki, millimizin və Ağdamın Qarabağ komandasının qolkiperi Portuqaliya (0:1) və Serbiya (1:2) komandalarına qarşı oyunlarda 19 dəfə qapıya gedən topları qaytarıb və bu göstəriciyə görə idmançımız Avropada liderdir.

Qaytarılmış toplar üzrə ikinci yeri 18 qaytarma ilə Cəbəllüttariq qapıçısı Deyl Koulinq tutur. Birinci üçlüyü 16 top qaytarmış San Marino qolkiperi Elio Bendetti qapayır.

Ən çox qol vuranlar arasında lider son üç oyunda rəqibin torunu 5 dəfə silkələmiş serbiyalı Aleksandr Mitroviçdir. Qeyd edək ki, həmin qollardan ikisi Azərbaycan yığmasının qapısına vurulub.

Canni de Byazinin yetirmələri 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin iki oyunundan sonra İrlandiya komandası ilə 4-5-ci yerləri bölüşürlər. Hələ ki, xal toplamamış millimiz növbəti oyununu sentyabrın 1-də səfərdə Lüksemburq yığmasına qarşı keçirəcək.