RUSİYA

Mıtişi rayonunda polis əməkdaşlarına atəş açılıb

Rusiya paytaxtındakı binalardan birində adı açıqlanmayan bir nəfər evdən Rosqvardiya əməkdaşlarına atəş açıb.
Sputnik

BAKI, 30 mart — Sputnik. Moskvanın Mıtişi rayonunda yerləşən bir binada bir kişi evdə barrikada quraraq Rosqvardiya əməkdaşlarına atəş açıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə "Novıye veşki" kottec şəhərciyində baş verib.

Güc strukturlarının əməkdaşları binanı mühasirəyə alıblar. Hələ ki xəsarət alan yoxdur.