Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
A qrupunda yer alan yığmamız Bakı Olimpiya Stadionunda Serbiya komandasını qəbul edib və 2:1 hesabı ilə uduzub.
Hesabı 16-cı dəqiqədə "Fulhem"in hücumçusu Aleksandr Mitroviç açıb. Millimiz 59-cu dəqiqədə penalti zərbəsilə hesabda tarazlığı bərpa edib. Emin Mahmudov adını tabloya yazdırıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Mitroviç dubla imza ataraq Serbiyaya qələbə qazandırıb.
Bu nəticədən sonra Serbiya millisi yeddi xalla qrup liderliyinə yüksəlib. İkinci pillədə dörd xalla Portuqaliya, üç xalı olan Lüksemburq isə üçüncü yerdə qərarlaşıb.
Hesabında xal olmayan Azərbaycan millisi isə sonuncu yerdə, cədvəlin "zirzəmi"sindədir.
Qrupun digər oyunu gecə saat 23:45-də Lüksemburq və Portuqaliya milliləri arasında keçiriləcək.