CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov Tacikistana səfərə getdi

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun "Asiyanın Ürəyi – İstanbul Prosesi" 9-cu Nazirlər Konfransında iştirak etməsi də nəzərdə tutulub
Sputnik

 

BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun "Asiyanın Ürəyi – İstanbul Prosesi" 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.