RUSİYA

DÇ-2022: Rusiya yığması növbəti qələbəsini qazanıb

Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib. Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb.
Sputnik

BAKI, 27 mart - Sputnik. Futbol üzrə 2022-ci il dünya çempionatının təsnifat mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, günün ilk iki matçında qarşılıqlı qollar qeydə alınıb.

H qrupunda Rusiya Sloveniyanı qəbul edib. Qarşılaşma şimal qonşumuzun 2:1 hesablı qələbəsi ilə bitib.

Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib. Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb. Meydan sahibləri qələbə sayəsində 6-cı xalını qazanıb. Sloveniyanın isə 3 xalı var.

G qrupunda isə Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb - 4:1. Meydan sahibləri 6-cı xalını qazanıbsa, qonaqların xalı yoxdur.