Polis Azərbaycanın üç rayonda əməliyyat keçirib

Qusar rayonu Xurel kənd sakinindən müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakinindən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakinindən isə 1 ədəd ov tüfəngi götürülüb. 
Sputnik

BAKI, 24 mart - Sputnik. Polis Azərbaycanın 3 rayonda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən əməliyyatlar nəticəsində Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb. 

Hər üç faktla bağlı araşdırma aparılır.