CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KİV: Azərbaycanın bir bölgəsində toylara icazə verildi

Azərbaycanda artıq bir ilə yaxındır ki, toyların keçirilməsinə icazə verilmir. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti isə cari ilin iyunun 1-dək uzadılıb.
Sputnik

BAKI, 23 mart - Sputnik. Naxçıvan Muxtar Respublikasında toyların keçirilməsinə icazə verilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan 24 portalına Naxçıvan MR-dən məlumat daxil olub.

Məlumata görə, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib. Elə bu gün bir toy məclisinin keçirildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanda artıq bir ilə yaxındır ki, toyların keçirilməsinə icazə verilmir. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti isə cari ilin iyunun 1-dək uzadılıb.

Eləcə də oxuyun:

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

* Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?