RUSİYA

Ruslara ət əvəzinə böcək yedirəcəklər

Hazırda böcəklərdən hazırlanan təamlar əsasən Çin, Tailand, Hindistan və Meksikada yeyilir, bu zülal immun modullaşdırıcı və hipoallergen xüsusiyyətləri ilə seçilir.
Sputnik

BAKI, 22 mart - Sputnik. Ət və çörək məhsullarının istehsalında böcək zülalından istifadə yaxın illərdə mümkün olacaq. Bu barədə RİA Novosti-yə Fuel for Growth vençur fondunun idarəçi partnyoru Andrey Zyuzin deyib. 

İt zülmü – hamı günahkardır, insandan başqa

"Yaxın 10 il ərzində Rusiyada qeyri-adi, ancaq faydalı tərkibli məhsullar peyda olacaq. Məsələn, bitki, yaxud hüceyrə əsaslı ət və ya böcək zülalı ilə bişmiş çörək. İlkin məhsullar artıq mağazalarda satılır, böcəklərdən hazırlanan xörəklər isə rusiyalıların menyusuna bir-iki ildən sonra daxil olacaq", - Zyuzin deyib.

O qeyd edib ki, hazırda böcəklərdən hazırlanan təamlar əsasən Çin, Tailand, Hindistan və Meksikada yeyilir, bu zülal immun modullaşdırıcı və hipoallergen xüsusiyyətləri ilə seçilir.

"Rusiyada böcəklərdən əsasən iri istehsal müəssisələrində heyvanları və balıqları yemləmək üçün istifadə olunur. Ancaq bəzi şirkətlər artıq ölkədə tırtıl zülalı qatılmaqla makaron, un və şirniyyat  istehsalına başlamaq niyyətindədir", - Zyuzin deyib.  

Yaxın illərin başqa bir trendi isə 3D-printerdə hazırlanmış qida olacaq. 2028-ci ildə rusiyalılar özləri belə aparatla özlərinə yemək hazırlaya biləcəklər. Məsələn, əti bitki zülalından, yaxud da kultivasiya olunmuş ət hüceyrəsindən çap etmək mümkün olacaq. 

"2030-cu ildə Rusiya sakinlərinə hər öynədə yemək lazım gəlməyə bilər. Məsələn, ABŞ-da xüsusi plastır hazırlanır, onu udursan və tərkibindəki çip orqanizmi lazım olan maddələrlə doyurur. Düzdür, səhər yeməyi, nahar və şamı tam əvəz edə bilməyəcək, amma məşğul insanlara iş vaxtı aclığı öldürməyə imkan yaradacaq", - Zyuzin əlavə edib.