CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın güləşçilərimiz Tokio olimpiadasına vəsiqə almaq üçün mübarizəyə qoşulacaqlar

Budapeştdə güləş üzrə Avropa olimpiya təsnifatı turnirinin ikinci günü Azərbaycan və Ermənistan idmançıları arasında iki qarşılaşma olacaq.
Sputnik

BAKI, 19 mart — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadın güləşçiləri Yaponiyada keçiriləcək olimpiadasına vəsiqə qazanmaq üçün almaq üçün Avropa olimpiya təsnifatı turnirində mübarizəyə qoşulacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, cümə günü martın 19-da döşək üzərinə beş qadın idmançımız çıxacaq. Belə ki, 53 kq çəki dərəcəsində güləşən Leyla Qurbanova mübarizəyə macar idmançı Timei Şekel ilə başlayacaq. Alyona Kolesnikin (57 kq) ilk rəqibi isə bolqarıstanlı Evelina Nikolayeva olacaq. 62 kq çəki dərəcəsində yarışan tatyana Omelçenko 1\4 mərhələsindən yarışa qoşulacaq və onun rəqibi Anastasiya Qriqoryeva (Latviya) və Sara de Kol (İtaliya) qarşılaşmasının qalibi olacaq.

Avropa birinciliklərinin dəfələrlə qalibi Elis Monolova (68 kq) israilli İlana Kratişlə qarşı-qarşıya gələcək. 76 kq şəki dərəcəsində güləşən Gözəl Zutova isə ilk qarşılaşmada Böyük Britaniya idmançısı Corcina Neltorpla üz-üzə gələcək.

Qeyd edək ki, Tokio Olimpiadasına vəsiqə almaq üçün azərbaycanlı idmançılar təsnifat turnirinin finalına qədər irəliləməlidirlər.

Xatırladaq ki, Azərbaycan sərbəst güləş ustaları Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) artıq olimpiadaya iki vəsiqə qazanıblar. Əgər Hacıyev üçün gürcüstanlı idmançı Avtandil Kençadzeyə qarşı prinsipial əhəmiyyəti yoxdursa, Əliyev erməni əsilli idmançı Vazgen Tevanyanla qarşılaşacaq.

Bundan əlavə cümə günü martın 19-da Macarıstanda keçirilən turnirin bürünc medalları uğrunda İslam Bazarqanov (57 kq), Əbubəkr Abakarov (86) və Cəmaləddin Məhəmmədov (125 kq) yarışacaqlar. Bazarqanov Petru Krakunla (Moldova), Abakarov Ovanes Mxitaryanla (Ermənistan) qarşılaşacaq. Məhəmmədovun rəqibi isə Xose vaskes (İspaniya) – paris Karepi (Albaniya) qarşılaşmasının qalibi olacaq.