Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müharibədən sonrakı dövrdə ATƏT-Azərbaycan münasibətlərini Sputnik Azərbaycan-a şərh edən politoloq İlqar Vəlizadə deyir ki, ikitərəfli münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir:
“Bu münasibətlər təkcə Azərbaycanın suveren hüquqlarının tanınması ilə bağlı deyil. Həmçinin siyasi dialoq, iqtisadi əməkdaşlıq münasibətlərimizin prioritet istiqamətləridir. Regionda 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb. Azərbaycan böyük quruculuq işləri reallaşdırır. Bu məsələlərdə ATƏT Azərbaycan-a yardım göstərə bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz