HADİSƏ

Qumbara ilə ailəsini hədələdiyi iddia edilən şəxs saxlanılıb

Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları Y.Malakanovu saxlayaraq ondan "UZRQM-2" markalı qumbara götürüblər.
Sputnik

 

BAKI, 17 mart — Sputnik. "Martın 15-də saat 23.20-də DİN-in "102 – Zəng Mərkəzi"nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib". Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb və ondan "UZRQM-2" markalı qumbara götürülüb.

Faktla bağlı araşdırma aparılır.